Misal kimi Azərbaycan dilinin kompüterdə quraşdırılmasını izah edəcəm. İşçi stolun (başqa sözlə desək, monitorun) aşağı sağ küncündə siz dil, saat, tarix və sairə görə bilərsiniz.

4a1178[1]

Şəkildə dil (EN) yazısı olan düymədi. Həmin düymənin üzərinə kursoru gətirib mouse-un sağ düyməsini basaraq menyu açırıq. Bu menyudan Параметры (Properties) sol düymə ilə seçilir.

e9c9af[1]

Языки и службы текстового ввода adlı kiçik pəncərə açılacaq.

714f06[1]

Bu pəncərədə Əlavə et 5dcb80[1](Add) düyməsini basıb açılan ikinci pəncərədən yeni dil əlavə edə bilərik.

94fa95[1]

Bu pəncərədə bütün dillərin siyahısı var. Siyahıdan «Азербайджанский, латиница (Азербайджан)» tapıb qarşısındakı + düyməsinə basaraq altsiyahını açırıq və Азербайджанская (латиница) qeyd edərək (yəni quş qoyuruq) aktivləşdiririk. Ok düyməsini basırıq. İkinci pəncərə bağlanır.

d5412b[1]

Birinci pəncərədə Azərbaycan dilinin əlavə olunduğunu görəcəksiniz. Əgər Azərbaycan dilinin siyahıda yerini dəyişmək istəyirsinizsə. Azərbaycan dilini kursorla seçib həmin pəncərənin sağında yerləşən 8255e6[1] Yuxarı, ya da 947663[1] Aşağı düymələrindən istifadə edə bilərsiniz. Bundan sonra Ok düyməsini basmaqla işi tamamlamış olacaqsınız.


Müəllif: Firəngiz URL: Kayzen.Az