Salam Dostlar. Bu gün bir yaxın dostum mənə zəng vurdu və Excel üzrə Stajın hesablanmasını soruşdu. Mən ona internetdə axtarmasını təklif etdim, çünki bunun hesablanması xüsusi formulalarla həyata keçirilir.
Bir müddət sonra bu özümə də maraqlı oldu və mən internetdə axtarmağı qərara aldım. Əfsuslar olsun ki, bununla bağlı öz doğma dilimdə heç bir məlumat taba bilmədim. Aşağıda təqdim olunmuş məqalə rus dilindən tərcümə olunmuşdur. Gəlin baxaq bu stajı necə hesablamaq olar.
Bunun üçün bizə Exceldə 3 əsəs funksionalı bilmək lazımdır:
- Tarixlər arasında arifmetik hesablamalar apararaq günlərin sayını tapmaq;
- Absolut keçidlərin təhlili;
- Yuvarlıqların hesablanması.
İlk öncə birinci məsələni qrafik formada təhlil edək. Deyək ki bizə lazım olan işçilərin siyahısını yaratdıq:
Şəkildə gördüyümüz kimi qırmızı rəngdə Bu günki tarix göstərilmiş, aşağıda adamların adlarının qabağında isə onların işə başladığı tarixlər. İlk öncə “Gün” ilə işarələnmiş xananın həmən altındakı xananın içərisinə = yazırıq və mışkanın göstəricisini bu günkü tarixin üzərinə bir dəfə klik edirik, sonra isə - işarəsini yazıb sonda işçinin işə başladığı tarixin üzərinə və enter düyməsini basırıq.
Və budur biz artıq həmin işçinin neçə gün işlədiyini bilirik. İndi isə bizə daha profesional HR cədvəli lazımdır. Absolut keçidi bizə o zaman lazım olacaq ki, əgər işçilərin siyahısı çox uzundur. Bu zaman mişkanın göstəricisini indicə yaratdığımız staj günləri üzərinə klik edib, yuxarıdakı funksiya sətrində ilkin hərfin hər iki tərəfinə $ işarəsini yerləşdirək. Bu bizə bir işçinin günlərini hesabladıqdan sonra həmən xananı aşağı dartaraq digər xanarıda avtomatik hesablayacaqdır.
Alınmış gün sayını ilə çevirmək üçün İl yazılmış xananın altında yenə = işarəsini yazırıq, mişkanın göstəricisini günləri göstərən xananın üzərinə klik edirik / işarəsini yazırıq və 365 yazaraq enter düyməsini klik edirik. (Biz günləri 365 günə bölürük)
Alınmış nəticə bizi qane etməyəcək! Çünki nəticə vergüllə – yuvarlaqlanmamış göstərildi. Gəlin yuvarlandıraq:
Funkciya işarəsinə klik edək —-> və Digər funksiyaları seçək
Açılmış pəncərədə kateqoriya xanasında “Математических” seçirik və Funksiya xanasında isə “ОКРУГЛВНИЗ” seçirik
OK düyməsinə klik edən kimi önümüzə yeni bir pəncərə çıxacaqdır:
Qırmızı ilə işarələnmiş knopkaya klik edin və yuvarlamaq istədiyini xananın üzərinə klik edin
Geri qayıtmaq üçün qirmizi ilə işarələnmiş yerə klik edin. «Число разрядов» xanasına 0 yazırıq və ok düyməsinə basırıq.
Yuvarlaqlanmış ilimiz hazır olan kimi bizə artıq qalmış ayı da göstərmək lazımdı. Aşağıdaki şəkildə görüldüyü kim, Ay xanasının altında = işarəsini yazırıq və yuvarlaqlanmamış ildən yuvarlaqlanmış ili çıxırıq və 12 rəqəminə vururuq.
Biz neçə ay işlədiyini də hesbladıq Amma alınmış nəticə yuvarlaqlanmamış Ay olacaqdır. İndi bizə Ayı da İl kimi yuvarlamaq lazımdır. Prosesi eyni qaydada edirik, lakin sadəcə ilin formulunu kopyalıyıb yuvarlaqlanmış ayın altındakı xanaya kopyalayaq nəticə əldə edə bilərsiniz.
Burdan:
Buraya:
Və sonda bizə artıq qalmış günü çıxartmaq lazım olacaqdır. Əgər bütün prosesləri uğurla həyata keçirtdinizsə, o zaman bu etap sizə asan olacaqdır. Ayı hesabladığımız kimi günün altındakı xanaya = işarəsini yazırıq, sonra yuvarlaqlanmamış aydan yuvarlaqlanmış ayı çıxırıq və 30,42 vururuq. (365/12=30,42)
Vəssalam! Əsası bir işçinin stajının hesablanması idi. Ondan qalan digər işçilərin stajlarını hesablamaq daha asan olacaqdır – kopyalıyıb yapışdırmaqla :))
Burdan:
Buraya:
Mənim Hazırladığım Excel nümunəsini buradan yükləyə bilərsiniz.
Əməyə hörmət kimi bu məqaləmi aşağıdakı ikonaların birinə basaraq bildirə bilərsiniz.
- Kompüterdə yeni yazı dilini necə quraşdırmalı - 24.06.2014
- Medal of Honor: Allied Assault oyun kodları - 23.06.2014
- Viruslar və növləri - 23.06.2014
- RAM haqqında – Video - 23.06.2014
- Windows 7 ƏS-ə necə şifrə təyin etmək olar? - 23.06.2014
1 ədəd Şərh ↴
Yuxarıda qeyd etməyi unutdum:
Bu günkü tarix funksiyasini excelin tarix xanasina =СЕГОДНЯ() funksiyasini yazmaq kifayətdir. Excel özü bügünkü tarixi kompyuterin tarixinə uyğun olaraq sinxronlaşdıracaqdır.