unix_logo[1]1969-cu ildən əvvəl. Bu zamanlar bir telefon şirkəti var idi – Bell Telephone. Və təbii ki

Dennis Ritchie

Dennis Ritchie

zamanə hakerləri də var idi. Onlar telefon stansiyalarında işə operator olaraq alınmış, onun telefonunu buna, bununkini ona bağlayan zarafatcıl bir neçə gənc idi. ABŞ-ın dahilər bəxş edən məşhur universiteti MIT-də (Massachusetts Institute of Technology) kompüterlər istifadə edilməyə başlandığında bəzi şagird və assistentlər bu maşınların necə çalışdığı ilə

çox maraqlandılar və bu yeni texnologiya haqqında nə varsa öyrənməyə çalışdılar.O günlərdə kompüterlər, istilik idarəli şüşə otaqlarda kilidli olan nəhəng maşınlar idi. Bu ağır metal yığınlarını işlətmək minlərlə dollara başa gəlirdi. Proqramçılar bu dinozavrları çox da asan istifadə edə bilmirdi. Buna görə, ağıllı olanlar hesablama  əməliyyatlarını daha tez edə bilmək üçün “hack” dedikləri qısa proqramlaşdırma yolları yaratdılar. Bəzən bu qısa yollar orijinal proqramdan daha yaxşı hazırlanmış olurdu. Bəlkə də bütün zamanların ən yaxşı hacklarından biri, 1969-cu ildə Bell laboratoryalarındakı iki çalışanın Dennis RitchieKen Thompsonun kompüterlərin artıq açıq qaydalarla işlədilməsi lazım olduğunu düşünməsiylə yaradıldı.Cütlük inkişaf etdirdikləri bu yeni standart əməliyyat sisteminə UNIX adını verdilər.

1970-1979. 1970-ci illərdə siber cəbhə açılmağa başlanıldı. Bu işlə maraqlanan hər kəs kabellərlə bağlanmış bir dünyanın necə çalışdığını araşdırmaya və tapmağa çalışırdı.1971-ci ildə John Draper adlı bir Vyetnam müharibəsi iştirakçısı konserv qutusunun 2600 MHz tonda səs çıxartdığını kəşf etdi. Pulsuz telefon görüşməsi yaratmaq üçün konserv qutusundan düzəldilmiş boru ilə telefon dəstəyinə danışmaq kifayət idi. O zamanın hackerləri “phreaking” adı verilən bu cür üsulların kimsəni incitmədiyini, telefon xidmətinin sərhədsiz bir qaynaq olduğunu irəli sürürdülər. Hackerlar dünyasında tək əskik virtual bir klub binası idi. Dünyanın ən yaxşı hackerləri necə tanış olacaqdılar? 1978-ci ildə, Çikaqolu iki gənc olan Randy SeussWard Christiansen ilk fərdi BBS-i (Bulletin Board System) qurdular. BBS-lər indiki vaxtda hələ də çalışır.

Monochrome-bbs[1]

1980-1986. Bildiyiniz kimi IBM firması 1981-ci ildə müstəqil prosessoru, proqramı, yaddaşı və yığma vahidləri olan yeni bir kompüter istehsal etdi. Bu modelə PC (Personal Computer) adını verdilər. Bu maşınlardan biriylə istədiyinizi edə bilərdiniz. Gənclərin Chevroletlərini buraxıb PC-rə, “Commie 64″ (Commodore64) və “Trash-80″-rə (TRS80-Tandy) keçdikləri zamanlar idi bunlar.1983-cü ildə çəkilən War Games adlı film, hackerliyi fərqli bir cəbhədən ələ aldı: Bu film tamaşaçıları hackerlərin hər kompüter sisteminə girə biləcəyi mövzusunda xəbərdar edirdi. Hər keçən gün daha çox adam online dünya ilə tanış olurdu. Əsgəri məqsədlərlə qurulan, sonradan universitetlər arasında bir şəbəkə halına gələn ARPANET, artıq İnternetə çevrilirdi; BBSlərə qarşı tam bir əlaqə partlaması yaşanırdı. Milwaukeedə özlərinə The 414′s deyən bir hacker qrupu Los Alamos Laboratoriyalarından Manhattandakı Sloan-Kettering Xərçəng Mərkəzinə qədər dəyişən bir çox təşkilatın sisteminə girdilər. Artıq polisin işə qarışma zamanı gəlmişdi.

Böyük Hacker Müharibəsi. 1984-cü ildə özünə Lex Luthor adını verən bir adam Legion Of Doom (LOD – Qiyamət Legionu) adlı hacker qrupunu qurdu. Adını bir filmdən alan LOD ən yaxşı hackerlara sahib siber-banda olaraq məşhurlaşdı. Ta ki qrupun ən parlaq üzvlərindən Phiber Optik adlı gəncin qrupun bir digər üzvü Erik Bloodaxe ilə dalaşıb klubdan atılmasına qədər. Phiberin yoldaşları rəqib bir qrup qurdular: Masters Of Deception (REJİM). 1990-cı illərdən etibarən LODREJİM iki il boyunca online döyüşlər davam etdirdilər, telefon xətlərini kilidlədilər, telefon görüşmələrini dinlədilər, bir-birlərinin xüsusi kompüterlərinə girdilər. Sonra Federallar (FBI) hadisəyə əl atdı, Phiber və yoldaşları həbs olundu. Bu hadisə bir dövrün sonunun gəldiyini xəbər verirdi.

Phiber Optik

Phiber Optik

Qadağan etmələr (1986-1994). Dövlət də online olunca əyləncə bitdi. Konqres ciddi olduqlarını göstərmək üçün 1986-cı ildə Federal Computer Fraud and Abusa Act (Federal Kompüter Saxtakarlığı və Sui-istifadə etmə) adı altında bir qanun çıxardı. Bununla da hackerlik ağır bir cinayət hesab edilməyə başlanıldı.1988-ci ildə Robert Morris İnternet worm (İnternet soxulcanı) adını verdiyi bir hack üsulu ilə ortaya çıxdı və bir dəqiqəyə 6000 kompüteri yoluxduraraq yeni qanunla mühakimə olunan ilk adam oldu. Nəticə:10.000 dollar pul cəzası və  cəmiyyət xidməti. Bir müddət sonra həbs olunanları saymaq üçün barmaqlar çatmamağa başladı. Eyni il Condor taxma adıyla tanınan məşhur hacker Kevin Mitnick Digital Equipment Company şirkətinin kompüter şəbəkəsinə girdi. Tutuldu və 1 il həbs cəzasına məhkum oldu. Sonra adaşı Kevin Poulsen telefon xətlərinə girməklə günahlandırıldı. Kevin dərhal ortadan itərək 17 ay boyunca gizləndi. Sundevil Əməliyyatı ABŞ hökumətinin ölkədəki bütün hackerləri (LOD daxil) ələ keçirmək üçün 1990-cı ildə başlatdığı bir əməliyyatdır. Bu cəhd bir işə yaramadı;ancaq bir il sonrakı Credux  əməliyyatı REJİM-in 4 üzvünün həbslə cəzalandırılmasıyla nəticələndi və Phiber-Optik federal həbsxanada bir il keçirdi.


kevin_mitnik_1[1] main[1] kevin_poulsen_msht[1]

Soldan Sağa: Kevin Mitnick, Robert Morris, Kevin Poulsen

1994-cü ildən bu günə. 1994-cü ilin yaz aylarında Rus mafiyasının əlinə düştügü irəli sürülən Vladimir Levin adlı bir gənc Citibankın kompüterlərinə girərək müştərilərin hesablarından bir sözlə 10 milyon dollardan çox pulu  İsraildəki bank hesablarına transfer etdi. Levin 1995-ci ildə Interpol tərəfindən Heathrow Aerodromda həbs olundu; Citibank təxminən 400.000 dollar xaricində bütün pulunu geri ala bildi. Hackerların həbs olunması siber mühitdə ani bir fırıldaqçılıq azalmasına səbəb oldu. Bunu istər anarxiyanın sonu istər sərbəstliyin ölümü olaraq adlandırın. Artıq hackerlər romantik anti-qəhrəmanlar, yalnız bir şeylər öyrənmək istəyən fərqli (qəribə) insanlar olaraq qəbul edilmirdilər. Hackerlər birdən fırıldaqçı statusu qazandılar.

Yaxşı indilərdə nələr olur? İnternet dünyasında yasadığı üsullara tez-tez müraciət edilir,ancaq köhnəsi kimi əfsanələşmiş adlar çıxmır.

Yenə də Aldous Huxleyin bir zamanlar söylədiyi kimi, hadisələr görməzlikdən gəlinməklə yox olmazlar. Hakerlər dünyasında həmişə deyilən bu sözü də unutmayın:yaxşı bir hakersənsə adını hər kəs bilər. Amma böyük bir hakersənsə kimsə kim olduğunu bilməz.

Kraker, Freaker və Lamer arasında olan fərqlər:

Əvvəlcə krakerdan bəhs edək. Krakerlər proqram qorunmalarını qıran şəxslərdir. Misal üçün proqrama pul vermədən lisenziyasız istifadəni təmin edən warez dünyasının arxa plandakı qəhrəmanlarıdır.

Freaker adlanan və getdikcə azalan bu qrup telefon xətləri və stansiyaları üzərindəki açıqlarından faydalanan şəxslərdir. Freakerlər stansiya sistemləri rəqəmsal sistemə keçmədən əvvəl blue box və bənzəri cihazlarla ödənişsiz danışma, ödənişsiz telekonferans kimi qulağa xoş gələn qanunsuz işlərlə məşğul olurdular. Bu boxlar istənilən tezlikdə siqnal istehsalçılardır. Zamanımızda freakerlər çox azaldılar və telekominikasiyadakı rəqəmsal texnologiyaların inkişafı ilə freakinq yavaş-yavaş yox olmağa başladı.

Lama kompüterlə əlaqəli texniki sənədlərdə də qeyd olunan və birdən-birə olmasa da “çox böyük səhv, qəflət” deyə tərcümə edilə bilən bir sözdür. Bəlkə bir az təxəyyüllə “axmaqlıq, axmaqca davranmaq” olaraq da tərcümə edə bilərik. Amma hakerlar arasında lama təqlid, sadə işlər və bu işləri etmə hərəkəti olaraq bilinir. Lamer də bu cür işlər edən yəni “hacker”lərə özünü oxşadan şəxslərə deyilir. Bir Lamer zamanla haker olarmı? Olmaz deyə bilmərik, amma çoxu hakerla lamer arası kateqoriyada qalırlar. Bu kateqoriyada olanlara “script kiddy” deyilir.

Bəs haker kimlərə deyilir?

Hakerlar kompüter sistemlərinə girən, şəbəkə təhlükəsizliyi sistemlərini qıran, sistemlərdə təhlükəsizlik açıqları aşkar edən şəxslərə deyilir. Həqiqi bir haker aşağıdakı proqramlaşdırma dillərini və sistemləri tam bilməlidir: Html, Java, Php, Asp, Cgi, Mysql, Db, Flash, Adobe, Frontpage, C++, Delphi, Visual Basic, Windows, Linux. Əlavə olaraq onu da qeyd edim ki, yaxşı bir haker exploitlərdən istifadəni və exploit yazmanı mükəmməl bilməlidir.

Hakerlər digər sistemlərə girmək üçün Wartool, Denyo Launcher 4, N-Stealth 3.5, Ip Spoofer, Cgi Scanner, John The Ripper, Proxy Scanner, Ghost Keylogger, Nuclear Uploader, Global Brute Forcer, Ftp Cracker, Udp Flooder, İp Tools, Cia Commander, Res Hacker, E-Mail Bomber, R3X Hound, Hallet, Essential Net Tools və s. kimi proqramlardan istifadə edirlər. Onu da qeyd edək ki, hakerlər qanunsuz olaraq sistemlərə girmək üçün aşağıdakı metodlardan istifadə edirlər:

  1. Fake mail üsulu ilə mail adreslərinin hack edilməsi.
  2. Gizli sualın təxmin edilməsi.
  3. Database Hack metodu ilə verilənlər bazasına daxil olma.
  4. Keylogger programlar ilə klaviaturadan yazdığınız məlumatların oğurlanması.
  5. Chat proqramları vasitəsilə parol istəmək.
  6. Trojan göndərmə yolu ilə komputerlərdə olan açıq portların təyin edilməsi.
  7. Reset Password xüsusiyyəti ilə parolların əldə olunması.
  8.  İstifadəyə açıq komputerlərə daxil olmaq.

Hakerları üç alt kateqoriyaya bölmək olar:

  • Qara şapkalılar – (Black hat)
  • Ağ şapkalılar – (White hat)
  • Boz şapkalılar – (Grey hat)

Qara şapkalı hakerlar əsasən illegal – özlərinə aid olmayan və səlahiyyətlərində olmayan

Loyd Blankenship & niece, 2006.

Loyd Blankenship & niece, 2006.

sistemlərə daxil olub müxtəlif çaplı zərər verici məqsədli – işlərlə məşğul olduqları halda ağ şapkalı hakerlər bunun tərsinə olaraq bu zərərlərin qarşısını almaq və sistemin özünü müdafiə qabiliyyətini artırmaqla məşğul olurlar. Boz şapkalı hakerlar isə digər iki növə tam aid ediləbilməyən, yəni həm illegal həm də legal fəaliyyətlərlə məşğul olan şəxslərdir. Hakerların illegal fəaliyyətlərinin arxasında duran səbəblərdən biri də özünü özünə və ya aid olduğu “yeraltı” cəmiyyətinə “sübut etmə” və bəzən də sadəcə olaraq “zövq alma” istəyidir. Bu tip davranışlar daha çox boz şapkalılarda müşahidə olunur.

Hakerlərin özlərinə məxsus bir “konstitusiyaları” da vardır və “hakerin manifesti” adlanır.

Hakerin manifesti (ingiliscə The Conscience of a Hacker) – 1986-cı il yanvarın 8-də daha

çox “The mentor” kimi tanınmış (Azərbaycanca mürəbbi, müəllim) Amerikalı haker Lloyd Blenkenşip tərəfindən yazılmışdır. Bu zaman hakerin 11 yaşı vardı və o FTB (FBI) agentləri tərəfindən həbs edildikdən sonra yazmışdır. Mətnin yazılmasında çox keçməmiş Prack elektron jurnalında nəşr olunmuşdur. Çox qısa zamanda bu sənəd bütün dünya hakerlərinin proqramına çevrildi və haker etikasının əsasında duran sənədlərdən olmuşdur. Müəllif çox məharətlə haker mədəniyyətinin əsaslarını öz yazısında əks etdirmişdir: dəri rənginin, milliyyətin və dinin fərqsizliyi. 1995-ci ildə manifestdən çıxarış məşhur “Hakerlər” filmində oxunmuşdur; bu çıxarış heç də orijinal olmayan versiyadan götürülmüşdü. Həmçinin bu manifest Uplink oyununun kompakt-disklərinə də yazılmışdır.


URL: BS-AZ