Salam dostlar. Bu yazımızda qovluqları və faylları gizlətmək və ya da şifrə qoymağı öyrənəcəyik.
Bunun üçün ilk öncə Yeni bir qovluq açırıq. Həmin qovluğa daxil oluruq. Qovluqda yeni bir mətn sənədi yaradırıq. Daha sonra o sənədin içinə aşağıdakı kodları yazırıq.
cls @ECHO OFF title Folder Locker if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK if NOT EXIST Locker goto MDLOCKER :CONFIRM echo Qovluqa parol qoymaqa eminsiniz?(Y/N) set/p "cho=>" if %cho%==Y goto LOCK if %cho%==y goto LOCK if %cho%==n goto END if %cho%==N goto END echo Invalid choice. goto CONFIRM :LOCK ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" echo Folder locked goto End :UNLOCK echo Parolu yaz: set/p "pass=>" if NOT %pass%== rutulec goto FAIL attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker echo Folder Unlocked successfully goto End :FAIL echo Parol Yanlis goto end :MDLOCKER md Locker echo Locker created successfully goto End :End
Daha sonra File – Save As (Ctrl+S) ilə yaddaşa veririk . Yaddaşa verərkən adını gizli.bat olaraq qeyd edin. Daha sonra həmin faylın üstünə iki dəfə klik etdiyimizdə Locker adlı qovluq yaranacaq. Gizlətmək və ya parol qoymaq istədiymiz faylları, qovluqları ora atırıq. Daha sonra yenidən gizli.bat faylının üstünə gəlib iki dəfə klik edirik. Gələn sorgu pəncərəsində sizdən şifrələməyə icazə istəyəcək y yazıb enter klik edin və qovluq gizli olacaq.
Fayllarınızı və ya qovluqlarınzı bərpa etmək üçün gizli.bat faylını iki dəfə klik edirik və sizdən parol istəyəcək. Ora rutulec yazın. və qovluq bərpa olunacaq.
Əgər yazdıqlarımız alındısa o zaman şərh yazmağı unutmayın. Sona qədər oxuduğunuz üçün təşəkkürlər
Müəllif: Samir Rutulec
Resurs: Kompyuterhocas
- Kompüterdə yeni yazı dilini necə quraşdırmalı - 24.06.2014
- Medal of Honor: Allied Assault oyun kodları - 23.06.2014
- Viruslar və növləri - 23.06.2014
- RAM haqqında – Video - 23.06.2014
- Windows 7 ƏS-ə necə şifrə təyin etmək olar? - 23.06.2014