Standart teqlər:
Əksərən istifadə olunan teqlərdir. Bütün serverlər bu teqləri qəbul edir.
<?php … ?>
Qısa teqlər:
Artıq istifadə edilmir. Amma bəzi serverlərdə hələ də işləyir. Bu teqlərdən istifadə məsləhət görülmür.
<? … ?>
Bəsit PHP sintaksisi
PHP skriptləri səhifənin (faylın) istənilən yerində istifadə edilə bilər.
Nümunə:
<!DOCTYPE html> <html> <body> <h1>İlk PHP səhifəm</h1> <?php echo "Salam Dünya!"; ?> </body> </html>
PHP -də şərhlər
PHP -də şərhlər HTML və ya mətn formatına çevrilmir və brauzer ekranına çıxmır. Şərhlər PHP faylının içində qeydlər aparmaq üçündür.
Tək-sətir şərhləri:
Nümunə:
<?php # Bu ilk şərhdir # Bu da ikinci şərhdir // Bu da həmçinin şərhdir echo "Tək-sətir şərhlərə nümunə"; ?>
Çox-sətirli şərhlər:
Nümunə:
<?php /* Bu çox sətirli şərhdir yazar : Turan Mahmudov Layihə: Çox-sətirli şərhlərə nümunə Mövzu: PHP */ echo "Çox sətirli şərhlərə aid nümunə"; ?>
PHP böyük-kiçik hərflərə həssasdır
Nümunə:
<html> <body> <?php $eded = 67; $Eded = 42; echo "eded dƏyişkəninin dəyəri $eded -dir.<br/>“; echo "Eded dƏyişkəninin dəyəri $Eded -dir.“; ?> </body> </html>
Nəticə:
eded dƏyişkəninin dəyəri 67 -dir.
Eded dƏyi
Müəllif: Turan Mahmudov
Web developerdir. Azərbaycan Dövlət Neft Akademiyasının IT və Sistemləri Mühəndisliyi fakültəsinin 3-cü kurs tələbəsidir. Açıq qaynaq kodlu sistemlərin inkişafı ilə maraqlanır. Linux dostu, Microsoft düşmənidir.
- Kompüterdə yeni yazı dilini necə quraşdırmalı - 24.06.2014
- Medal of Honor: Allied Assault oyun kodları - 23.06.2014
- Viruslar və növləri - 23.06.2014
- RAM haqqında – Video - 23.06.2014
- Windows 7 ƏS-ə necə şifrə təyin etmək olar? - 23.06.2014
URL: Techloq.com